Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş baş naziri: Bernam beynəlxalq təcrübəsi kifayət deyil
Keçmiş baş naziri: Bernam beynəlxalq təcrübəsi kifayət deyil

Böyük Britaniyanın 1990–1997-ci illərdə baş naziri olmuş Con Major bildirib ki, Leyboristlər Partiyasının rəhbəri və Böyük Britaniyanın gələcək baş naziri postuna namizəd olan Andi Bernam kifayət qədər beynəlxalq təcrübəyə malik deyil.

Bizimyol.info xəbər verir ki, Con Major bu barədə “The Independent” qəzetinə verdiyi müsahibədə bildirib.

O deyib ki, Andi Bernam Mançester meri kimi uğurlu fəaliyyət göstərsə də, yerli nəqliyyat məsələlərinin idarə olunması ilə hökumət səviyyəsində qərarların qəbulu eyni deyil. Keçmiş baş nazir Çin Sədri Si Cinpinq, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trump, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Friedrich Merz kimi dünya liderləri ilə əməkdaşlığın tamamilə fərqli səviyyədə bacarıq tələb etdiyini vurğulayıb.

Major həmçinin narahatlığını ifadə edə edərək bildirib ki, partiya daxilində başqa namizədin olmaması səbəbindən Andi Bernam seçki keçirilmədən baş nazir postuna gələ bilər. O, əlavə edib ki, Bernam hazırkı baş nazir Keir Starmer ilə müqayisədə daha solyönlü iqtisadi siyasət yürüdə və bunun nəticəsində vergi yükünün arta biləcəyini istisna etmir.

Məlumata görə, Keir Starmer 22 iyunda həm Leyboristlər Partiyasının lideri, həm də baş nazir vəzifəsindən istefa verəcəyini açıqlayıb. Partiya rəhbərliyi uğrunda namizədlik prosesi 9 iyulda başlayacaq və 17 iyula qədər davam edəcək. Yeni lider avtomatik olaraq hökumət başçısı olacaq və parlamentin yay tətilindən əvvəl — 1 sentyabra qədər vəzifəyə başlamalıdır.

Hazırda yeganə rəsmi namizəd Andi Bernam hesab olunur. Əgər başqa Leyborist deputatlar da namizədliyini irəli sürməzsə, onun 20 iyulda baş nazir olması ehtimalı var.

Böyük Britaniyada siyasi gərginlik 7 mayda keçirilən yerli idarəetmə seçkilərindən sonra artıb. Nəticələrə görə, Leyboristlər Uels parlamentində nəzarəti itirib, İngiltərədə isə müxtəlif qanunverici orqanlarda təmsilçilərinin sayı 1400 nəfər azalıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »