Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İtaliya və Rumıniyanı ABŞ-ın hərbi zərbələrinə dəstək verməkdə ittiham edib
İran İtaliya və Rumıniyanı ABŞ-ın hərbi zərbələrinə dəstək verməkdə ittiham edib

İran hakimiyyəti ABŞ-ın hərbi hücumlarına dəstək göstərdikləri iddiası ilə İtaliya və Rumıniyanı rəsmi şəkildə məsuliyyət daşımaqda ittiham edib.

Bizimyol.info xəbər verir ki, "Mehr" xəbər agetliyinin veriyi məlumata görə, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qaribabadi bildirib ki, bu ölkələrin ərazilərinin İrana qarşı hücumlar üçün istifadə olunması beynəlxalq hüquq baxımından ciddi nəticələr doğurur.

Tehranın sərt reaksiyasına NATO-nun baş katibinin ABŞ-ın "Fox News" telekanalına verdiyi son müsahibə səbəb olub.

NATO rəhbəri çıxışı zamanı alyansın ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara dəstək verdiyini etiraf edib. O, həmçinin ABŞ-ın İtaliya və Rumıniyadakı hərbi bazalarından istifadə olunduğunu bildirərək, bu iki ölkəni əməliyyatların əsas dəstəkçiləri kimi göstərib.

Buna cavab olaraq Kazem Qaribabadi bəyanat yayaraq vurğulayıb ki, belə addımlar Roma və Buxarestin beynəlxalq hüquq qarşısında birbaşa məsuliyyət daşımasına səbəb olur.

İranlı diplomat BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə istinad edərək bildirib ki, hər hansı dövlət öz suveren ərazisinin üçüncü ölkə tərəfindən başqa bir dövlətə qarşı təcavüz məqsədilə istifadə edilməsinə icazə verərsə, həmin dövlət də təcavüz aktının iştirakçısı hesab olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »