Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask trilyoner statusunu itirib: "Tesla" və "SpaceX" səhmlərindəki eniş sərvətini azaltdı
Mask trilyoner statusunu itirib: "Tesla" və "SpaceX" səhmlərindəki eniş sərvətini azaltdı

Dünyanın ən varlı şəxsi hesab edilən Elon Mask artıq trilyoner deyil. ABŞ birjalarında həftə ərzində yaşanan kəskin enişlər nəticəsində onun sərvəti 1 trilyon dollar həddinin altına düşüb.

Bizimyol.info xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, çərşənbə günü ticarət sessiyasının bağlanışı zamanı Maskın ümumi sərvəti 970,2 milyard dollar olaraq qiymətləndirilib. Bununla da o, qısa müddət əvvəl əldə etdiyi trilyoner statusunu itirib.

Mask iyunun 12-də "SpaceX" şirkətinin tarixi ilkin kütləvi səhm təklifindən (IPO) sonra dünyanın ilk trilyonerinə çevrilmişdi. Şirkətin birjaya çıxışı onun sərvətini 1 trilyon dollardan yuxarı qaldırmış və sonrakı həftələrdə bu göstərici həmin hədd ətrafında dəyişmişdi.

Lakin bu həftə qlobal fond bazarlarında müşahidə olunan satış dalğası texnologiya nəhənglərinin səhmlərinə ciddi təsir göstərib. İnvestorlar arasında ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağı ehtimalı və süni intellekt sektorunda mümkün “köpük” narahatlığı bazarlarda təzyiq yaradıb.

Xüsusilə süni intellekt bumundan böyük fayda əldə edən şirkətlər, o cümlədən "Alphabet" və yarımkeçirici istehsalçıları ciddi dəyər itkisi ilə üzləşiblər.

Tarixin ən böyük IPO-larından biri hesab olunan "SpaceX"in birjaya çıxışı şirkətə 75 milyard dollar vəsait qazandırmışdı. Səhmlər ilk ticarət günündə 135 dollardan 19 faiz bahalaşaraq sürətlə yüksəlmişdi. Lakin son enişlər fonunda şirkətin səhmlərinin qiyməti 154,35 dollara qədər geriləyib.

Maskın sərvətinin böyük hissəsi nağd puldan deyil, səhmlər və şirkətlərdəki paylardan ibarətdir. Buna görə də bazardakı dəyişikliklər onun ümumi kapitalına birbaşa təsir göstərir.

Bununla belə, ekspertlər hesab edirlər ki, əgər "Tesla" və "SpaceX" səhmləri yenidən yüksəlişə keçərsə, Mask yaxın gələcəkdə trilyoner statusunu geri qaytara bilər.

Trilyoner titulunu itirməsinə baxmayaraq, Elon Mask yenə də dünyanın ən varlı insanı olaraq qalır. “Forbes”un hesablamalarına görə, ondan sonra gələn ən zəngin şəxs Larry Peycdir və onun sərvəti təxminən 284 milyard dollar təşkil edir.

Diqqətçəkən məqam isə budur ki, Mask təkcə bu il ərzində sərvətini 338 milyard dollar artırıb. Bu məbləğ Larry Peycin ümumi sərvətindən daha çoxdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »