Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelada güclü zəlzələlər: onlarla ölü və yüzlərlə yaralı var
Venesuelada güclü zəlzələlər: onlarla ölü və yüzlərlə yaralı var

Venesuelada baş verən iki güclü zəlzələ ölkədə ciddi dağıntılara və insan itkilərinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, ilkin məlumatlara görə, maqnitudası 7,2 və 7,5 olan yeraltı təkanlar nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Ən böyük dağıntılar paytaxt Caracas və ətraf bölgələrdə qeydə alınıb. Bir sıra yaşayış və inzibati binalar çöküb, onlarla insan dağıntılar altında qalıb. Xilasetmə qrupları gecə boyu axtarış-xilasetmə əməliyyatlarını davam etdirib.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb. Zəlzələlərdən sonra paytaxtın əsas hava limanının fəaliyyətinin dayandırıldığı bildirilir.

Şahidlərin sözlərinə görə, təkanlar zamanı insanlar təşviş içində küçələrə axışıb. Binaların divarlarında dərin çatlar yaranıb, bəzi tikililər isə tamamilə dağılıb. Paytaxt sakinləri çoxsaylı təkrar təkanlar səbəbindən evlərinə qayıtmağa ehtiyat etdiklərini bildirirlər.

ABŞ Prezidenti Donald Trump zəlzələnin “çox sayda insan itkisinə səbəb olan faciə” olduğunu bəyan edərək Vaşinqtonun Venesuelaya yardım göstərməyə hazır olduğunu bildirib. ABŞ artıq axtarış-xilasetmə qrupları, tibbi ləvazimatlar və humanitar yardım göndərmək qərarı verib.

Bundan başqa, Nayib Bukele və Daniel Noboa da Venesuelaya dəstək təklif ediblər.

Məlumata görə, ölkənin əsas neft infrastrukturuna ciddi ziyan dəyməyib. Bununla belə, bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi neft hasilatına təsir göstərə bilər.

Mütəxəssislər bölgədə yeni təkanların baş vermə ehtimalının qaldığını bildirir və əhalini ehtiyatlı olmağa çağırırlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »