Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əraqçi və Səudiyyə Ərəbistanı XİN rəhbəri ABŞ-la danışıqları müzakirə edib
Əraqçi və Səudiyyə Ərəbistanı XİN rəhbəri ABŞ-la danışıqları müzakirə edib

İran xarici işlər naziri Abbas Əraqçi bu gün Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb.

APA-nın xəbərinə görə, Əraqçi Səudiyyə Ərəbistanı XİN rəhbərini danışıqların son gedişi, əldə olunmuş razılaşmaların icrası sahəsində əldə edilən irəliləyişlər və bu çərçivədə aparılan məsləhətləşmələr barədə məlumatlandırıb.

Tərəflər son regional və beynəlxalq prosesləri müzakirə edərək, regional sabitliyin dəstəklənməsi, danışıqlar prosesinin irəlilədilməsi və müsbət, davamlı nəticələrin əldə olunması məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin, diplomatik kanalların qorunmasının və birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »