ABŞ Prezidenti Donald Tramp Livanda münaqişəni bitirmək üçün hər kəsdən çox çalışır.
APA xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlardan əvvəl bildirib.
ABŞ-ın Vitse-prezidenti regional sülh üçün çalışdıqlarını vurğulayıb. Ceyms Devid Vens tarixdə ilk dəfə ABŞ və İranın hər iki tərəf üçün önəmli məsələləri müzakirə edəcəyini və onların həll etmək üçün çalışacağını söyləyib.






