Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuçma Polşanın “Ağ qartal” ordenindən imtina edib
Kuçma Polşanın “Ağ qartal” ordenindən imtina edib

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Polşa Respublikasının ən ali dövlət təltifi olan “Ağ qartal” ordenini Polşa hakimiyyətinə geri qaytarmaq qərarı verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın “24 kanal”ı Kuçmanın mətbuat katibi Darya Oliferə istinadən məlumat yayıb.

“Ukraynanın keçmiş prezidenti Leonid Kuçma 1997-ci ildə ona təqdim edilmiş Polşanın “Ağ qartal” ordenindən imtina edib. O, bu qərarı Polşanın Vladimir Zelenskini həmin ordenlə təltifdən məhrum etməsi ilə əlaqədar qəbul edib”, – deyə mətbuat katibi bildirib.

İyunun 20-də Zelenski ordeni Polşa prezidenti Karol Navrotskiyə geri qaytardığını açıqlayıb. Navrotski isə Zelenskini “Ağ qartal” ordenindən məhrum etmək qərarını Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi ilə əsaslandırıb.

Qeyd edək ki, Ukrayna Üsyançı Ordusunun (UÜO) üzvləri Polşada 1943-cü ildə Volında 100 mindən çox polyakın qətlə yetirilməsinə görə məsuliyyət daşıyan cinayətkarlar kimi qiymətləndirilir. Zelenskiyə bu orden əvvəlki Polşa prezidenti Anjey Duda tərəfindən təqdim olunmuşdu.

Bir sıra ukraynalı rəsmilər də Polşa dövlət mükafatlarından imtina etmək qərarı veriblər. Belə ki, Ukraynanın Polşadakı səfiri Vasili Bodnar “Kavaler Xaçı”nı, Zelenskinin ofisinin rəhbəri Kirill Budanov “Qızıl zabit xaçı”nı, xarici işlər naziri Andrey Sibiqa isə Polşa hakimiyyətindən aldığı “Komandor Xaçı”nı geri qaytaracağını açıqlayıb. Zelenski ofisi rəhbərinin müavini İqor Jovkva da “Xidmətlərə görə Kavaler Xaçı”nı Polşaya qaytarmaq qərarına gəlib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »