Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Məclisinin sədri və xarici işlər naziri İsveçrəyə gediblər
İran Məclisinin sədri və xarici işlər naziri İsveçrəyə gediblər

İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Təhlükəsizlik Şurası sədrinin müavini Əli Baqiri Kəni və Mərkəzi Bankın rəhbəri Əbdolnaser Hemmati ABŞ ilə imzalanmış memorandumun icrasını müzakirə etmək üçün İsveçrəyə yola düşüblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Qalibaf Telegram kanalında məlumat verib.

Nümayəndə heyətinə həmçinin neft nazirinin müavini və Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazem Qaribabadi və XİN nümayəndəsi İsmayıl Bəqayi də daxildir.

Bundan əvvəl Bəqayi bildirmişdi ki, İran nümayəndə heyəti yaxın vaxtlarda ABŞ ilə imzalanmış memorandumun müddəalarının yerinə yetirilməsini tələb etmək məqsədilə İsveçrəyə səfər edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »