ABŞ və İran arasında texniki məsləhətləşmələr iyunun 21-də Bürgenştokda keçiriləcək. Görüşdə Pakistan və Qətər nümayəndələri də iştirak edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İslamabad anlaşma memorandumunun imzalanmasının davamı olaraq, 2026-cı il iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində texniki danışıqlar keçiriləcək. Müzakirələrdə ABŞ və İran nümayəndələri ilə yanaşı, Pakistan və Qətərdən olan vasitəçilər də iştirak edəcəklər”, - deyə nazirliyin bəyanatında qeyd edilir.
Bizimyol.info






