Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa qurumlarında Azərbaycana qarşı ikili standart var” – Elşad Musayev
“Avropa qurumlarında Azərbaycana qarşı ikili standart var” – Elşad Musayev

Avropa İnsan Hüquqları Məhkəməsi 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailəsinin şikayəti ilə bağlı qərar verib.

Qərara əsasən, Azərbaycan tərəfinə 104 min avrodan çox təzminat ödənilməsi ilə bağlı öhdəlik qoyulub. Rəsmi Bakı isə həmin dövrdə ərazilərin işğal altında olduğunu və buna görə real nəzarət və istintaq imkanlarının olmadığını bildirərək qərarı qəbul etmir.

  • İşğal altında olan ərazilərdə istintaq aparmaq və hüquqi prosedurları həyata keçirmək imkanı olmayan bir dövlətin məsuliyyət daşıması hansı hüquqi arqumentlərə əsaslanır?

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi aprel döyüşlərində ölmüş erməni hərbçisinin ailə üzvlərinin şikayətləri ilə bağlı qərar verib.

Deputat vurğulayıb ki, Avropa təsisatlarının Ermənistan–Azərbaycan münaqişəsinə və münasibətlərinə ikili standartdan yanaşması sirr deyil.

Avropa Parlamenti birbaşa ermənilərin tərəfini saxlayır, ermənilərdən çox erməni kimi davranan bir qurumdur. Avropa Şurasında da, Avropa İttifaqına daxil olan dövlətlərin siyasətində də biz bu qərəzi, Azərbaycana qarşı düşmənçilik siyasətini aydın şəkildə görürük.

Deputat qeyd edib ki, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları içərisində də siyasi yönümlü, qərəzli qərarların olduğu ilə bağlı dəfələrlə çıxış edilib və indi də bunun aydın surətdə şahidi olunmaqdadır.

Ümumiyyətlə, belədir ki, bu təzminat məsələlərində kim fikirləşirsə ki, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq məhkəmələr Ermənistan–Azərbaycan münaqişəsində ədalətli qərar verəcək, çox böyük yanlışlığa inanır.

Əslində belə olacağı gözlənilmir. Çünki istər Avropa İnsan Hüquqları Məhkəməsi olsun, istər digər beynəlxalq məhkəmələr, Ermənistan–Azərbaycan məsələsində mütləq siyasi yöndən hadisələrə yanaşacaqlar”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, İnsan Hüquqları Məhkəməsinin belə qərar verməsi, təbii ki, qəbul olunmazdır. Amma bundan başqa nəticə gözləmək də sadəlövhlük olardı.

Deputat deyib ki, Azərbaycan tərəfi bunu tanımır və tanımayacaq. Amma bundan sonrakı mərhələlərdə də bu cür, istər Avropa İnsan Hüquqları Məhkəməsinin, istər digər beynəlxalq məhkəmələrin qərəzli addımlarının şahidi ola bilərik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »