Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-a məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində müşahidə edilib
ABŞ-a məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində müşahidə edilib

ABŞ-ın kəşfiyyat və hədəf müəyyənləşdirmə təyyarəsi olan Bombardier Challenger 650 Artemis II növbəti dəfə Qara dənizin neytral suları üzərində qeydə alınıb.

Bizimyol.info xəbər verirki, bu barədə Rusiya mətbuatına Avropa İttifaqının hava dispetçer xidmətlərindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, həmin təyyarə daim Rumıniyanın Konstansa şəhərində yerləşən aerodromda bazalanır və demək olar ki, hər gün ya Qara dəniz istiqamətində, ya da Baltikyanı ölkələr tərəfə uçuş həyata keçirir. Hazırda isə onun Qara dənizin neytral suları üzərində olduğu bildirilib.

Qeyd olunub ki, son uçuşlar zamanı təyyarə qərbdən şərqə və əks istiqamətdə hərəkət edərkən dönüş manevrini Rumıniya–Ukrayna sərhədinə yaxın ərazidə edir. Halbuki əvvəllər bu manevr Konstansa yaxınlığında həyata keçirilirdi.

Mənbə əlavə edib ki, təyyarə mülki aviasiya üçün müəyyən edilmiş hava dəhlizlərindən kənarda uçur və Rumıniya istisna olmaqla heç bir ölkənin hava məkanına daxil olmur. Təyyarənin Qara dəniz akvatoriyasına Bolqarıstan dispetçerlərinin nəzarət etdiyi UDROS nəzarət nöqtəsi vasitəsilə daxil olduğu bildirilib.

Həmin təyyarə daha əvvəl də Litva və Polşa hava məkanı, eləcə də Baltik dənizinin neytral suları üzərindən Kalininqrad vilayəti ətrafında dairəvi uçuş həyata keçirərkən müşahidə olunmuşdu

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »