Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tramp anlayıb ki, bu gün ukraynalılar qalibdir” - “The Economist”
“Tramp anlayıb ki, bu gün ukraynalılar qalibdir” - “The Economist”
Donald Tramp artıq başa düşür ki, bu gün Ukrayna tərəfi qalib mövqedədir, Vladimir Putin isə məğlub tərəfdir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Economist” Fransa diplomatik mənbəsinə istinadən G7 sammitinin nəticələrinə dair yazır.

Məlumata görə, ABŞ daxil olmaqla yeddi ölkə Ukraynaya “sarsılmaz dəstəyini” bir daha təsdiqləyib və Rusiyaya qarşı təzyiqi artırmaq barədə razılığa gəlib. Bu, xüsusilə neft və qaz sektorunu hədəf alan yeni sanksiya paketləri ilə həyata keçiriləcək. Eyni zamanda, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar və müttəfiq silahlarının Ukraynada lisenziya əsasında istehsalı imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Müzakirələr zamanı Fransa prezidenti Emmanuel Makron “Evian anı” adlanan konsepsiyaya istinad edib, Almaniya kansleri Friedrix Merz isə transatlantik münasibətlərdə “yeni ton”un yarandığını qeyd edib.

Fransız mənbə: “İndi Trampa aydındır ki, bu gün ukraynalılar qalibdir, uduzan isə Putindir”, - deyə qeyd edib.

Bununla yanaşı, diplomatlar Trampın Ukrayna müharibəsinə yanaşmasının hələ də proqnozlaşdırılmasının çətin olduğunu vurğulayırlar. Avropada xatırladılır ki, o, əvvəl dəfələrlə Kiyevə dəstək barədə mövqeyini dəyişib və uzunmüddətli beynəlxalq münaqişələrdən uzaq durmağa meyllidir.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp G7 sammitində ABŞ müdafiə şirkətlərinin Ukrayna və Avropada lisenziya əsasında silah istehsal etməsi ideyasını nəzərdən keçirdiklərini bildirib. Liderlər sammitin yekununda Ukraynaya hərbi istehsalı artırmağa imkan verəcək lisenziyaların verilməsi və əlavə hava hücumundan müdafiə vasitələri, sistemlər və tutucu raketlərin tədarükünün genişləndirilməsi barədə razılığa gəliblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »