Almaniya Ukraynaya PURL (ABŞ-dan Ukrayna üçün silahların satın alınması proqramı) çərçivəsində növbəti yardım paketində iştirak üçün 200 milyon dollar ayıracaq.
Bizimyol.info xəbər verir ki, bu barədə NATO müdafiə nazirlərinin planlı görüşünə gələrkən Boris Pistorius jurnalistlərə açıqlama verib.
O bildirib ki, Almaniya bu mexanizm çərçivəsində artıq dördüncü dəfə iştirak edir: “Biz yenidən – artıq dördüncü dəfə – PURL mexanizmi çərçivəsində paketdə iştirak edəcəyik”, - deyə bildirib.
Nazirin sözlərinə görə, bu dəfə əsasən hava hücumundan müdafiə sistemləri üçün təcili sursatların təmin edilməsi nəzərdə tutulur: “Bu dəfə söhbət, ilk növbədə, hava hücumundan müdafiə sistemləri üçün olduqca təcili şəkildə lazım olan döyüş sursatlarından gedir”, - deyə o qeyd edib.
NATO toplantısında çıxış edən Pistorius həmçinin bildirib ki, Ukrayna müdafiə naziri Mixail Fedorov "JumpStart" proqramına dəstək xahiş edib. Bu proqram çərçivəsində "Patriot" zenit-raket kompleksləri üçün idarə olunan raketlərin alınması planlaşdırılır.
“Biz bu təşəbbüsə də 200 milyon dollar həcmində vəsaitlə qatılmağa hazır olduğumuzu bildirdik. Söhbət "PAC-3" raketlərinin alınmasından gedir,” – deyə o əlavə edib.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Kiyev rejiminə silah göndərilməsi münaqişəni yalnız uzadır.
Bizimyol.info






