Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada Starmerin istefasını istəyənlərin sayı rekord həddə – 57%-ə çatıb
Böyük Britaniyada Starmerin istefasını istəyənlərin sayı rekord həddə – 57%-ə çatıb

Britaniyada aparılan yeni ictimai rəy sorğusuna əsasən, respondentlərin rekord göstəricisi – 57%-i Baş nazir və hakim Leyboristlər Partiyasının lideri Kier Starmerin vəzifəsindən getməli olduğunu düşünür.

Bizimyol.info xəbər verir ki, bu “YouGov” şirkətinin keçirdiyi sorğu nəticəsində bəlli olub.

Sorğunun nəticələrinə görə, 1,8 min nəfərdən 57%-i Starmerin istefasını dəstəkləyir. Aprel ayında bu göstərici 49% idi. Cəmi 25% respondent isə onun vəzifəsində qalmasının tərəfdarıdır.

Hər iki aydan bir keçirilən sorğu göstərib ki, 2024-cü il seçkilərində Leyboristlərə səs verənlərin belə yarıdan çoxu artıq Baş nazirin getməsini istəyir. Bu mövqedə olanların payı 52%-ə yüksəlib (may ayında 31%, 2025-ci ilin dekabrında isə 40% idi). 36% isə Starmerin vəzifədə qalmasını düzgün hesab edir.

Sorğunun nəticələri Böyük Britaniyada ötən həftə müdafiə naziri Con Hili, onun müavini və iki köməkçisinin istefası fonunda daha da diqqət çəkib. İstefalar müdafiə sahəsinə investisiyalarla bağlı mübahisələrdən sonra baş verib.

Siyasi böhran isə 7 mayda keçirilən yerli seçkilərdən sonra dərinləşib. Nəticədə Leyboristlər Partiyası Uels parlamentindəki nəzarətini ilk dəfə itirib, İngiltərənin müxtəlif qanunverici orqanlarında isə əvvəlki ilə nisbətən təxminən 1,4 min daha az nümayəndə qazana bilib. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti üzərinə götürsə də, həm partiya lideri, həm də baş nazir postundan istefa verməkdən imtina edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »