Cənubi Koreya Respublikasının Prezidenti Li Çje Myon G7 sammiti çərçivəsində Fransada keçirilən qrup foto çəkilişi zamanı ABŞ Prezidenti Donald Trampdan Koreya yarımadası problemini “ona Yaxın Şərqdə bunu bacardığı kimi” həll etməsini xahiş edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Administrasiyasının məlumat verib.
“Donald Tramp Li Çje Myondan Koreyalararası münasibətlərin vəziyyəti barədə soruşub. Prezident Li Çje Myon isə Şimali Koreya probleminin sülh yolu ilə həlli üçün təşəbbüs götürməsini və Yaxın Şərqdəki münaqişənin həllində olduğu kimi bu məsələdə də rol oynamasını xahiş edib”, - deyə məlumatda qeyd edilir.
Prezidentin mətbuat katibi Kan Yu Conq bildirib ki, Tramp buna cavab olaraq Koreya yarımadası ilə bağlı problemlərin həlli üçün səylər göstərəcəyini deyib.
Qeyd olunur ki, Pxenyanda daha əvvəl dəfələrlə KXDR-in nüvə statusunun müzakirə mövzusu olmadığını bəyan ediblər. Şimali Koreya lideri Kim Çen In isə Cənubi Koreyanın “düşmənçilik siyasəti” səbəbindən birləşmənin mümkün olmadığını bildirib.
Cənubi Koreya G7 qrupunun üzvü olmasa da, onun prezidenti sammitə dəvətli qonaq kimi qatılıb.
Bizimyol.info






