Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cüdoçumuz Avropa çempionu oldu
Litvanın Kaunas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yeniyetmə cüdoçularımız qitə birinciliyində 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

40 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Azərbaycan cüdoçusu final görüşündə ukraynalı Anastasiya Balabanı məğlub edib. Cüdoçumuza Avropa birinciliyinin qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib.

Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Cüdoçumuz Davud Abaslı (60 kq) isə Litvada bürünc medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
Son xəbərlər
Bütün xəbərlər »