ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, digər ölkələrdə, xüsusilə də İranda hakimiyyətin dəyişdirilməsinin effektivliyinə inanmır.
Bizimyol.info xəbər verir ki, ABŞ lideri Fransada keçirilən G7 sammiti çərçivəsində bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Rejim dəyişikliyinə inanmıram və illərdir belə dəyişiklikləri görmüşəm. Onlar heç vaxt işləmir. Bu (hakimiyyət dəyişikliyi) sadəcə öz-özünə baş verməlidir”, – deyə o qeyd edib.
Tramp həmçinin bildirib ki, ona “heç vaxt rejim dəyişikliyi maraqlı olmayıb” və bu ideya onun planlarının bir hissəsi olmayıb.
Bizimyol.info






