Böyük Britaniya Rusiyanın enerji sektoruna qarşı yeni sanksiya paketi tətbiq edəcəyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə baş nazir Keir Starmerin G7 sammitində məlumat verəcəyi bildirilir.
Yeni məhdudiyyətlər Rusiyanın “kölgə donanması”na və sanksiyalardan yayınmaq üçün istifadə olunan maliyyə şəbəkələrinə yönəlib. Eyni zamanda Rusiya mayeləşdirilmiş təbii qazını (LNG) daşıyan bir sıra gəmilər də siyahıya salınacaq.
Britaniya hökumətinin məlumatına görə, bununla sanksiya altında olan LNG daşıyan gəmilərin sayı 600-dən çox olacaq.
Bundan əlavə, Böyük Britaniya Ukraynanın atom elektrik stansiyalarına növbəti iki il ərzində zənginləşdirilmiş uran tədarükünü təmin edəcək. Bu məqsədlə 210 milyon funt sterlinqlik dəstək proqramı həyata keçiriləcək.
Hökumət bu addımların Ukraynaya dəstəyin gücləndirilməsi və Rusiyanın hərbi və enerji gəlirlərinə təzyiqin artırılması məqsədi daşıdığını bildirib.
Bizimyol.info






