Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq prezident vəfat etdi

1980-ci ildə hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olan general Luis Qarsiya Mesa Texada vəfat edib.

Trend-in məlumatına görə, Luis Qarsiya Mesa aprelin 29-u 88 yaşında Kossmul-de-la-Pas xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Luis Qarsiya Mesa Texada 1980-ci ilin iyul ayında hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olub. O, 1981-ci ilin avqustunda devrilib. 1995-ci ildə Boliviyanın Ali Məhkəməsi ona çoxsaylı insan hüquqlarının pozulması və hakimiyyətə qarşı çıxanların öldürülməsində təqsirli bilərək 30 il azadlıqdan məhrumetmə cəzası verib.

Son xəbərlər
Bütün xəbərlər »