Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fidan iranlı həmkarı ilə danışıb: Tehran Türkiyəyə təşəkkür edib
Fidan iranlı həmkarı ilə danışıb: Tehran Türkiyəyə təşəkkür edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Bizimyol.info xəbər verir ki, görüş zamanı Əraqçi ABŞ və İran arasında aparılan danışıqlara verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib. Fidan isə əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edərək, prosesin uğurla davam edəcəyinə ümid etdiyini bildirib.

Bu arada, Şahbaz Şərif ABŞ və İran arasında sülh razılaşmasının əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər. Sənədin iyunun 19-da İsveçrədə imzalanacağı gözlənilir.

ABŞ Prezidenti Donald Trump də İranla razılaşmanın tamamlandığını bəyan edib. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi də memorandumun hazır olduğunu və yaxın günlərdə imzalanacağını təsdiqləyib.

Razılaşma çərçivəsində tərəflər hərbi əməliyyatların dayandırılması, sanksiyalar və digər məsələlər üzrə danışıqları davam etdirəcəklər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »