Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kallas: Aİ XİN rəhbərləri İranla danışıqlarda Avropa İttifaqının iştirakını müzakirə edəcəklər
Kallas: Aİ XİN rəhbərləri İranla danışıqlarda Avropa İttifaqının iştirakını müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri İranla aparılan danışıqlarda Aİ-nin mümkün iştirakını müzakirə edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin toplantısına gələrkən jurnalistlərə açıqlamasında bildirib.

“Bəli, məhz bu məsələni xarici işlər nazirləri ilə müzakirə edəcəyik. Biz İran, Körfəz ölkələri və amerikalı tərəfdaşlarımızla təmasdayıq. Yardım təklif etməyə hazırıq, çünki nüvə danışıqları sahəsində təcrübəmiz var və digər istiqamətlərdə də dəstək göstərə bilərik”, – deyə Kallas Avropa İttifaqının İranla bağlı danışıqlarda iştirakı barədə suala cavab verərkən bildirib.

Aİ rəsmisi vurğulayıb ki, Avropa İttifaqı İranın nüvə proqramı üzrə əvvəlki danışıqlarda əldə etdiyi təcrübədən istifadə etməyə hazırdır və regionda diplomatik səylərə töhfə vermək niyyətindədir.

Bununla yanaşı, Kallas çıxışı zamanı Avropa İttifaqının təhlükəsizlik şəraiti imkan verən kimi Hörmüz boğazına hərbi gəmilər göndərmək niyyəti ilə bağlı daha əvvəl səsləndirilən vədlərə toxunmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »