ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-la əldə olunacaq razılaşma nəticəsində İran nüvə silahı əldə etmək planlarından imtina edəcək və nə onu almağa, nə də hazırlamağa çalışacaq.
Bizimyol.info xəbər verir ki, ABŞ Prezidenti bu barədə özünün "Truth Social" platformasında yazıb.
“Əslində, onlar artıq nüvə silahına sahib olmaq istəmirlər və onu nə satınalma yolu ilə, nə hazırlamaqla, nə də hər hansı başqa üsulla əldə etməyəcəklər”, – deyə o qeyd edib.
Tramp həmçinin İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) bir daha tənqid edib və hazırkı razılaşmanı “İranın qarşısında divar” adlandırıb.
Bizimyol.info






