Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın neft nəqli infrastrukturunun mühüm obyektini vurdu – Baş Qərargah
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın neft nəqli infrastrukturunun mühüm obyektini vurdu – Baş Qərargah

Ukrayna Müdafiə Qüvvələri iyunun 13-nə keçən gecə Rusiyanın Volqoqrad vilayətində yerləşən neftin hazırlanması və nasosla ötürülməsi sexinə zərbə endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Qərargah məlumat yayıb.

Qeyd olunur ki, zərbə nəticəsində müəssisə ərazisində yanğın baş verib. Baş Qərargahın məlumatına görə, həmin sex neftin magistral boru kəmərləri vasitəsilə neft emalı müəssisələrinə və Rusiyanın ixrac infrastrukturuna hazırlanması, daşınması və ötürülməsini təmin edir. Xüsusilə, Rusiya bu obyektdən "Korobkovsk" neft-qaz yatağından, eləcə də qonşu regionlardakı yaxın yataqlardan çıxarılan neftin emalı üçün istifadə edir.

Bundan əlavə, Müdafiə Qüvvələri Donetsk vilayətində Soledar yaxınlığında və Zaporojye vilayətində Verxnya Krinitsa bölgəsində işğalçıların idarəetmə məntəqələrinə də zərbələr endirib.

Həmçinin Bryansk vilayətinin Xoromnoye, Zaporojye vilayətinin Verxnya Krinitsa, Donetsk vilayətinin Voskresenka və Xerson vilayətinin Novonikolayevka ərazilərində pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinin də vurulduğu bildirilir.

Daha əvvəl "Bloomberg" nəşri yazmışdı ki, Müdafiə Qüvvələrinin davamlı zərbələri fonunda Rusiyada neft emalı son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Bildirilir ki, neft emalının azalması hələ ötən ilin sonlarından başlayıb. May ayında isə Rusiya gündə orta hesabla 9,009 milyon barel neft hasil edib ki, bu da OPEC razılaşmasına əsasən nəzərdə tutulan gündəlik hasilatdan 690 min barel azdır.

"The Economist" isə yazır ki, Ukraynanın Rusiya neft infrastrukturuna zərbələrinin nəticələri getdikcə daha da güclənir. Qeyd olunur ki, bu hücumlar müharibəni Rusiya vətəndaşlarının gündəlik həyatına daha da yaxınlaşdırır və Rusiyanın “məğlubedilməz” olması barədə mifləri məhv edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »