Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon təsdiqlədi: ABŞ qüvvələri Hörmüz boğazına döğdu uçan İran PUA-larını vurub
Pentaqon təsdiqlədi: ABŞ qüvvələri Hörmüz boğazına döğdu uçan İran PUA-larını vurub

ABŞ Müdafiə Nazirliyi İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Hörmüz boğazı istiqamətində hərəkət edərkən zərərsizləşdirildiyini təsdiqləyib. Hadisə ilə bağlı məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi bəyanatda yer alıb.

Bizimyol.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı-nın “X” platformasında yayılan açıqlamasına görə, İran bir neçə “birbaşa zərbə məqsədli hücum PUA-sı”nı hərəkətə gətirərək Hörmüz boğazından keçən ticarət gəmilərini hədəf almağa çalışıb. ABŞ qüvvələri isə son saatlar ərzində həmin bütün dronları havada məhv edib.

Bəyanatda qeyd olunur ki, beynəlxalq gəmiçilik marşrutları hazırda tam şəkildə açıqdır və Hörmüz boğazından keçən ticarət axını heç bir maneə olmadan davam edir. ABŞ tərəfi bölgədə dəniz təhlükəsizliyinin təmin olunduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən ABŞ qüvvələrinin Hörmüz boğazı istiqamətində yönələn bir neçə pilotsuz uçuş aparatını vurduğu barədə məlumat yayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »