Qərb serblərin Rusiya ilə istənilən kommunikasiya imkanlarını məhdudlaşdırmağa çalışır, NATO və Avropa İttifaqı bu məsələdə eyni mövqedən çıxış edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində Serb Respublikasında aparıcı siyasi partiyası — “Müstəqil Sosial Demokratlar İttifaqı”nın rəhbəri Milorad Dodik bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Serbiya və Serb Respublikasını “demək olar ki, mühasirəyə alıb”. O qeyd edib ki, Xorvatiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan və İtaliya həm NATO, həm də Aİ üzvləridir, eyni zamanda Brüsselin Monteneqro və Albaniyanın ittifaqa daxil olmasını sürətləndirməyə çalışdığını bildirib. Dodikin fikrincə, bu proses serbləri asanlıqla əlaqələri kəsilə bilən “təcrid olunmuş ada” vəziyyətinə sala bilər.
O əlavə edib ki, söhbət təkcə aviasiya əlaqələrindən getmir və bu məsələdə NATO ilə Avropa İttifaqının eyni xətt üzrə hərəkət etdiyini vurğulayıb.
Siyasətçi qeyd edib ki, Serbiya xalqının Avropa İttifaqına inteqrasiyası faydalı olmayacaq, lakin eyni zamanda iqtisadi əlaqələrin və sərhədlərin açıq saxlanmasının vacibliyini də vurğulayıb. O əlavə edib ki, Avropa İttifaqı ərazisindən keçən tranzit yolları səbəbindən Rusiya ilə ticarət hazırda məhdudlaşıb.
Dodik həmçinin bildirib ki, Avropa özü Rusiyaya qarşı sanksiyalar və məhdudiyyətlər fonunda belə ticarəti tam dayandıra bilmir və enerji resurslarının, xüsusilə də neftin bahalaşdığını qeyd edib.
Bizimyol.info






