ABŞ Prezidenti Donald Trump bildirib ki, onun əmri ilə ABŞ Silahlı Qüvvələri Venesuelada “Tren de Aragua” adlı cinayətkar qruplaşmanın liderini məhv edib.
Bizimyol.info xəbər verir ki, Donald Tramp 12 iyun tarixində "Truth Social" platformasında yayımladığı açıqlamada qeyd edib ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı onun göstərişi ilə “ildırım sürətli” zərbə həyata keçirib. Nəticədə “Tren de Aragua” təşkilatının başçısı Ninyо Qerrero zərərsizləşdirilib.
O, “Tren de Aragua”nı dünyanın ən təhlükəli və qanlı cinayət-terror təşkilatlarından biri kimi xarakterizə edib və bu qruplaşmanın əvvəllər ABŞ tərəfindən terror təşkilatları siyahısına daxil edildiyini xatırladıb.
Donald Tramp həmçinin əməliyyatın Venezuela ilə sıx koordinasiya şəraitində həyata keçirildiyini bildirib və iki tərəf arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
ABŞ administrasiyasının açıqlamasına görə, bu əməliyyat regionda fəaliyyət göstərən transmilli cinayət şəbəkələrinə qarşı mübarizə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Qadir, Bizimyol.info






