ABŞ prezidenti Donald Trump bəyan edib ki, İran ordusu “tamamilə məğlub olub” və ölkənin hərbi gücü faktiki olaraq iflic vəziyyətə düşüb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp yazıb ki, İran ordusu “tam və mütləq qarışıqlıq içindədir” və xüsusilə donanma və hərbi hava qüvvələri kimi əsas bölmələrin artıq “mövcud olmadığını” iddia edib.
“İran ordusu tam və mütləq xaos içində olan bir ordudur. Onun böyük hissəsi — məsələn, donanma və hava qüvvələri — artıq mövcud deyil. İran tam məğlubiyyətə uğrayıb. Onlar yalnız danışır, amma heç nə etmir. Yaxın Şərqin davakar gücü artıq yoxdur,” – deyə Tramp qeyd edib.
ABŞ prezidentinin bu açıqlaması regionda gərginliyin artdığı və ABŞ–İran münasibətlərində hərbi eskalasiya barədə xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.
Bizimyol.info






