Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koreyalararası sammitin yekunları müzakirə edilib

Baş nazir Şinzo Abenin Tokioda Cənubi Koreyanın Kəşfiyyat İdarəsinin rəhbəri So Hun ilə görüşündə koreyalararası sammitin yekunları müzakirə olunub.

Bizimyol.info bildirir ki, Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 29-da səhər saatlarında baş tutan görüş zamanı So Hun Şinzo Abeyə koreyalararası sammitin nəticələri və gələcək fəaliyyətin istiqamətləri barədə məlumat verib. O bildirib ki, Cənubi Koreyanın Prezidenti Mu Cje-in Şərqi Asiyada sülhün və inkişafın əldə edilməsi, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və möhkəm sülhün mövcud olması, həmçinin KXDR ilə region ölkələri arasında münasibətlərin normallaşması və dialoqun yaranması üçün Tokio ilə sıx əməkdaşlığa ümid edir.

Baş nazir, öz növbəsində, bildirib ki, Yaponiya koreyalararası sammitin hazırlanması və keçirilməsini, həmçinin KXDR-in nüvəsizləşmə istiqamətində növbəti addımlarını alqışlayır.

Görüş Yaponiya Baş nazirinin Cənubi Koreya Prezidenti ilə həmin gün baş tutan telefon danışığından sonra keçirilib. Görüşdə Yaponiya Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yaçi, Yaponiya administrasiyasının və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları iştirak ediblər.

Son xəbərlər
Bütün xəbərlər »