Rusiya Baş nazirinin sabiq müavini, Təhlükəsizlik Şurası sədrinin müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev bildirib ki, Rusiyada yüksək texnologiyalı kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, xarici tərəfdaşları da qida ilə təmin etməyə imkan verir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə “Nəticə var” adlı hesabat-forumda çıxışı zamanı deyib.
“Əsas odur ki, biz özümüzü həqiqətən qidalandırırıq. Bu, Rusiya kimi bir dövlət üçün böyük nailiyyətdir. Bu işdə zəhməti olan bütün aqrar sahə əməkçilərinə təşəkkür edirəm. Biz yüksək texnologiyalı kənd təsərrüfatına malikik və bir çox ölkəni də qidalandırırıq — bu da həqiqətdir”, - deyə bildirib.
Eyni zamanda Medvedev kənd təsərrüfatı sahəsində mövcud problemlərə də toxunub. Onun sözlərinə görə, ölkənin damazlıq heyvan ehtiyatı, genetik materiallar və ən müasir texnologiyalarla təmin olunması vacibdir.
O əlavə edib ki, bu sahədə də “suverenlik” təmin edilməlidir: “Əgər biz bunu etməsək, bu elə bir "krandır ki", istənilən vaxt onu bağlaya bilərlər”, - deyə əlavə edib.
Medvedev çıxışında Rusiyanın aqrar sahədə texnoloji inkişafını qorumağın strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Bizimyol.info






