Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin yenidən sülh danışıqlarına “yox” dedi – Melnik BMT-də açıqladı
Putin yenidən sülh danışıqlarına “yox” dedi – Melnik BMT-də açıqladı

Kreml rəhbəri Vladimir Putin Ukraynanın müharibəni dayandırmaq yollarını müzakirə etmək üçün liderlərin görüşü təklifini rədd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik bildirib.

"Ukrayna irəliləyiş üçün konkret bir yol təklif etdi – iki liderin neytral ərazidə görüşməsi. Cənab Putindən cavab olaraq yalnız "Yox" eşitdik. Təkrar-təkrar "yox"", – deyə Melnik bildirib.

O vurğulayıb ki, 4 iyun tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Putinə açıq məktubunda müharibəni sona çatdırmağa çağırmış və birbaşa danışıqlara hazır olduğunu bildirmişdi. Rus diktatoru isə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya ordusu və iqtisadiyyatı barədə “uğurlardan” danışıb.

Melnik ironik şəkildə qeyd edib ki, Putin bu çıxışı kritik hərbi obyektlərin üzərində qara tüstü qalxarkən edib – həmin obyektlər bir neçə saat əvvəl Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalmışdı. “Simvolizm aydın şəkildə görünürdü”, – deyə diplomat əlavə edib.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya rəsmilərinin açıqlamaları ölkədə iqtisadi vəziyyətin pisləşdiyini göstərir. Məsələn, İqtisadi İnkişaf naziri Maksim Reşetnikov ölkədə “çətin vəziyyət” olduğunu etiraf edib, Maliyyə naziri Anton Siluanov büdcə kəsirinin artma ehtimalına dair xəbərdarlıq edib, Dövlət Duması deputatı Renat Suleymanov isə rus iqtisadiyyatının uzunmüddətli müharibəni dayana bilməyəcəyini bildirib.

Melnik əlavə edib ki, son dörd ildə Rusiya özünü “ölüm iqtisadiyyatı” modeli ilə saxlayıb – bu model müharibə, militarizasiya və ölümü iqtisadi fəaliyyətin əsas hərəkətverici qüvvəsi kimi götürür.

Onun sözlərinə görə, Rusiya yalnız hərbi xidmət müqavilələrinin bağlanmasına görə illik təxminən 10 milyard dollar xərcləyir, hərbi qulluqçunun ölümü üçün ödənilən kompensasiya isə təxminən 200 min dollara çatır. Kremlin optimizm nümayiş etdirməsinə baxmayaraq, Rusiyanın iqtisadi vəziyyəti kritik həddə yaxınlaşır.

“Meydanda Ukrayna may ayında rus ordusunun işğal edə bildiyindən 100 kvadrat kilometr daha çox ərazini azad edib. Bu, artıq ikinci ay ardıcıl davam edir”, – deyə BMT-dəki nümayəndə əlavə edib.

Qeyd edək ki, 4 iyun tarixində Zelenski müharibə başlayandan ilk dəfə olaraq Putinə açıq məktub yazaraq onu müharibəni sona çatdırmağa və liderlər səviyyəsində birbaşa danışıqlara çağırmışdı.

Ertəsi gün Putin isə məktubu “kobudluq” adlandıraraq cavab verib. O bildirib ki, məktubun məqsədi onların görüşünün mümkün olmaması üçün şərait yaratmaqdır və özü Zelenski ilə görüşməyi düşünmür: “Görüşməyimizdə mən heç bir məna görmürəm, Ukrayna tərəfinin məqsədi bizim hücumumuzu dayandırmaqdır, bizim isə razılaşmalara ehtiyacımız var. Zelenski ilə görüşdən əvvəl münaqişənin həlli üçün yol tapılmalıdır”,- deyə bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »