İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki gərginlik fonunda bu gün axşam hökumətin iclasını keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşrinə hökumətdəki mənbə bildirib.
Qeyd edilib ki, İsrail Ağ Evin təzyiqi altında İrana cavab hücumlarını dayandırmaq qərarına gəlib.
Nə Netanyahu, nə də onun ofisi ötən gecədən bəri vəziyyətin gərginləşməsi ilə bağlı heç bir rəsmi şərh verməyib.






