Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sankt-Peterburq forumunda Kremlin nə qədər zəiflədiyi aydın görsənib
Sankt-Peterburq forumunda Kremlin nə qədər zəiflədiyi aydın görsənib

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Kremlin beynəlxalq təbliğat imkanlarının ciddi şəkildə zəiflədiyini açıq nümayiş etdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.

Məqalədə qeyd edilir ki, Rusiya artıq SSRİ dövründə olduğu kimi nüfuzlu Qərb simalarını öz təsir dairəsinə cəlb edə bilmir.

Bildirilir ki, Sovet İttifaqı vaxtilə “faydalı idiotlar” adlandırılan məşhur qərbli yazıçı, filosof və sənət adamlarından uğurla istifadə edirdi. Pablo Pikasso, Corc Bernard Şou, Con Steynbek, Andre Jid və Jan-Pol Sartr kimi tanınmış şəxslər SSRİ-yə təşkil olunan xüsusi səfərlərdən sonra sovet sisteminə rəğbət göstərən açıqlamalar verirdilər.

Kreml həmin dövrdə xarici qonaqlarda sovet ideologiyasına həqiqi inam yaratmağa çalışırdı. Lakin müasir Rusiyanın artıq bu səviyyədə təsir gücü yoxdur və ölkə beynəlxalq nüfuza malik şəxsləri cəlb edə bilmir.

Builki forumun qonaqları sırasında əsasən qalmaqallı və mübahisəli şəxslərin yer aldığını vurğulanır. Onların arasında konspirasiya nəzəriyyələrinin tərəfdarı Kendis Ouens, keçmiş aktyor Stiven Siqal, seksual cinayətlərə görə məhkum olunmuş keçmiş BMT müfəttişi Skott Ritter, həmçinin müxtəlif cinayət ittihamları ilə gündəmə gələn Endryu və Tristan Teyt qardaşları var.

Bu mənzərə Kremlin “yumşaq güc” siyasətinin nə qədər zəiflədiyini göstərir. 2022-ci ildən əvvəl Vladimir Putinin Avropada daha nüfuzlu siyasi tərəfdarları oluğu vurğulanır. İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və fransalı siyasətçi Marin Le Pen kimi fiqurlar Moskva ilə açıq yaxın münasibətlər saxlayırdılar.

İndi Kremlin Qərbdə dəstək görüntüsü yaratmaq cəhdləri əvvəlki təsirini itirib və daha çox narahatlıq doğuran görüntü yaradır. Rusiyanın Qərbdən təsdiq və diqqət almağa çalışması artıq zəiflik əlaməti kimi görünür.

Eyni zamanda forum çərçivəsində bəzi rusiyalı iş adamları və rəsmilər ölkə iqtisadiyyatında artan dövlət nəzarətindən narahat olduqlarını da açıq şəkildə dilə gətiriblər. Onların fikrincə, hüquq-mühafizə orqanlarının təzyiqi və sərt idarəçilik innovasiya və texnoloji inkişafı zəiflədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »