Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UÜO bölməsi ilə bağlı qalmaqal: Polşa müdafiə naziri Budanovla görüşüb
UÜO bölməsi ilə bağlı qalmaqal: Polşa müdafiə naziri Budanovla görüşüb

Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanovla görüşüb. Tərəflər Ukrayna hərbi bölməsinə Ukrayna Üsyançı Ordusunun (UÜO) adının verilməsi məsələsini qaldırıblar.

Bizimyol.info xəbər verir ki, Polşa müdafiə naziri bu barədə 6 sentyabrda "X" sosial media platformasında məlumat verib.

Kosiniak-Kamışın sözlərinə görə, Polşa və Ukrayna təhlükəsizlik sahəsində tərəfdaş olaraq qalırlar, lakin tarixi məsələlər açıq dialoq tələb edir. "Tarixə gəldikdə, bir-birimizə həqiqəti deməliyik, çünki yalnız bundan sonra gələcəyi qura bilərik", - deyə Polşa naziri vurğulayıb.

O qeyd edib ki, görüş zamanı Varşavanın Ukrayna Xüsusi Təyinatlı Qüvvələrindən birinə UÜO adının verilməsi qərarı ilə bağlı qəti mövqeyini Budanova açıq şəkildə çatdırıb.

"Volın faciəsi qurbanlarının xatirəsi müzakirə mövzusu deyil. Keçilə bilməyən sərhədlər var", - deyə Kosiniak-Kamış bildirib.

Daha əvvəl Prezident Aparatının rəhbəri Kirilo Budanovun Polşa hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirmək üçün Polşaya gözlənilmədən səfər etdiyi bildirilirdi. Polşanın "Onet" nəşrinin məlumatına görə, əsas gündəm məsələlərindən biri Milli Müdafiə Nazirliyinin rəhbəri Vadislav Kosiniak-Kamışla cəbhə xəttindəki vəziyyəti müzakirə etməkdir.

Budanov həmçinin Polşa rəsmiləri ilə Ukrayna Silahlı Qüvvələrinin bölməsinə Ukrayna Üsyançı Ordusunun (UÜO) adının verilməsi məsələsini də müzakirə edəcək. Bu addım Polşada güclü reaksiyaya səbəb olub. Buna görə də Prezident Aparatının rəhbəri Varşava ilə danışıqlara rəhbərlik etmək və iki ölkə arasında mübahisəni aradan qaldırmaq üçün yollar tapmaq vəzifəsi daşıyıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »