Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada Merz hökumətinə narazılıq rekord səviyyəyə çatıb
Almaniyada Merz hökumətinə narazılıq rekord səviyyəyə çatıb

Almaniya kansleri Friedriç Merzin fəaliyyətindən narazılıq yeni rekord həddə yüksəlib. Bu nəticə INSA sosioloji institutunun qəzetin sifarişi ilə apardığı sorğuda ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bild" qəzetinin məlumat verib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 15%-i Merzin fəaliyyətini müsbət qiymətləndirib. Bu göstərici rekord aşağı səviyyədir və aprelin sonu ilə müqayisədə 4 faiz bəndi azalıb. Eyni zamanda, 77% (+6 faiz bəndi) kanslerdən narazı olduğunu bildirib. Respondentlərin 8%-i isə sualı cavablandırmaqda çətinlik çəkib.

Hökumətin fəaliyyətindən məmnunluq səviyyəsi də çox aşağıdır: cəmi 16% onu müsbət qiymətləndirir, 78% isə mənfi rəy bildirib.

Sorğu 4–5 iyun tarixlərində 1005 nəfər arasında keçirilib.

Araşdırma həmçinin göstərib ki, Merz və onun hökumətinə qarşı narazılıq yalnız müxalifətdə deyil, hakim partiyaların — Xristian Demokrat İttifaqı / Xristian Sosial İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) — tərəfdarları arasında da artır. INSA rəhbəri Herman Binkertin sözlərinə görə, “hətta öz seçicilərini belə inandıra bilməyən hökumət uğursuzluğa məhkumdur. Narazılığın miqyası yeni federal hökumətin vəzifədə olduğu ikinci il üçün adi hədləri xeyli aşır.”

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »