Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada siyasi gərginlik: Starmer ABŞ-ı “demokratiyaya müdaxilədə” ittiham edib
Böyük Britaniyada siyasi gərginlik: Starmer ABŞ-ı “demokratiyaya müdaxilədə” ittiham edib

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ rəsmilərinin Britaniya siyasətinə təsir göstərməyə çalışdığını bildirib. O, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin britaniyalı yeniyetmə Henri Novakın qətli ilə bağlı açıqlamalarına cavab olaraq bu fikirləri səsləndirib.

Bizimyol.info xəbər verir ki, mübahisə JD Vance-in sosial şəbəkə "X"də yazdığı paylaşımından sonra başlayıb. O, Novakın ölümünü miqrasiya siyasəti ilə əlaqələndirərək Avropa elitalarını “özünü-inkar siyasəti” aparmaqda ittiham edib. Bu açıqlama Britaniyada ciddi narazılıq yaradıb.

"Downing Street"dən verilən açıqlamada ad çəkilməsə də, hökumət son günlər “bəzi xarici şəxslərin Britaniya demokratiyasına müdaxilə etməyə və cəmiyyətdə parçalanma yaratmağa çalışdığını” bildirib.

Hökumət sözçüsü bildirib ki, mərhum Henri Novakın ailəsi onların faciəsinin siyasi məqsədlərlə istifadə olunmasını istəmir və bu istəyin hörmətlə qarşılanması vacibdir: “Bizim siyasətimiz ən ağır hallarda belə insanları birləşdirməlidir. Bu, ölkəmizin dəyəridir”, - deyə açqlamada qeyd edilir.

Hadisə ilə bağlı ictimai müzakirələr artıb. Novakın qətli ilə bağlı yayılan görüntülər və polis davranışı ölkədə geniş rezonans doğurub. Qatil Vickrum Digva ömürlük həbs cəzasına məhkum edilib.

Bəzi ABŞ rəsmiləri, o cümlədən Dövlət Departamenti, hadisəni Böyük Britaniyada “sivilizasiya qarşıdurması” və “polisin ikili standartlarla işləməsi” kimi qiymətləndirib. Bu isə London tərəfindən qəbul edilməyib.

Britaniya hökuməti polis fəaliyyətinə dair qiymətləndirmənin araşdırıldığını, lakin xarici tərəflərin ölkə hüquq-mühafizə sistemini yanlış təqdim etməsini rədd etdiyini bildirib.

Müxalif Liberal Demokratlar ABŞ səfirinin çağırılmasını tələb edərək, bu açıqlamaları “Britaniya demokratiyasına açıq müdaxilə” adlandırıblar.

Eyni zamanda, ABŞ və Böyük Britaniya arasında siyasi münasibətlərin ümumilikdə güclü qaldığı vurğulansa da, bu mövzu iki ölkə arasında diplomatik gərginlik yaradıb.

Hadisə ətrafında müzakirələrdə “polisin ikili standartlarla işləməsi” iddiaları da gündəmdədir. Lakin hökumət bu iddiaları rədd edir və hüquq sistemində bərabərlik prinsipinin qorunduğunu bildirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »