Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etirazçılar ikinci gündür seçki məntəqəsi mühasirədə saxlayır
Etirazçılar ikinci gündür seçki məntəqəsi mühasirədə saxlayır

Cənubi Koreyanın paytaxtı Seulda regional seçkilərlə bağlı etirazlar ikinci gündür davam edir. Təxminən 2 min nəfər Olimpiya parkında yerləşən həndbol stadionunu mühasirəyə alaraq içəridə qalan seçki komissiyası üzvlərinin çıxmasına mane olur.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, stadionun daxilində hələ də 20–30 nəfər seçki komissiyası üzvü qalır. Onlar səsvermə nəticələrinin hesablanmasında iştirak ediblər və ötən gün yerli vaxtla saat 15:00-dan etibarən binanı tərk edə bilmirlər.

Hadisə yerinə 400 polis əməkdaşı cəlb olunub. Hələlik etirazçılarla təhlükəsizlik qüvvələri arasında ciddi toqquşma qeydə alınmayıb.

Jurnalistlərin müşahidələrinə əsasən, etirazçıların əhəmiyyətli hissəsini gənclər təşkil edir. Onlar Cənubi Koreya bayraqları ilə çıxış edərək seçkilərin yenidən keçirilməsini tələb edən şüarlar səsləndirirlər. Plakatlarda “ədalətsiz seçki” iddialarına dair yazılara da rast gəlinib.

Etirazların əsas səbəbi seçki günü bəzi məntəqələrdə bülleten çatışmazlığı ilə bağlı yaranan problemlərdir. Məlumata görə, 3 iyun səsverməsi zamanı Seulda 14 məntəqədə bülletenlər çatışmayıb və səsvermə müddəti bir neçə saat uzadılıb. Bunlardan 12-si Songpa rayonunda yerləşir.

Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, ölkə üzrə 67 məntəqəyə əlavə bülletenlər göndərilib, lakin onların bir hissəsinə ehtiyac olmayıb. Seulda ümumilikdə 14 288 seçki məntəqəsi fəaliyyət göstərib.

Seulda keçirilən seçkilərin nəticələrinə görə, müxalifət namizədi, hazırkı mer Oh Se-hoon az fərqlə qalib gəlib. Lakin ölkənin 16 bölgəsindən 12-də onun tərəfdarları məğlub olub.

Müqayisə üçün, 2022-ci il regional seçkilərində mühafizəkarlar 17 bölgədən 12-də qələbə qazanmış, hazırda hakimiyyətdə olan liberal Demokrat Partiyası isə daha az bölgədə üstünlük əldə etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »