Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda seçki rüşvəti qalmaqalı: “Güclü Ermənistan” partiyasının üzvləri saxlanılıb
Ermənistanda seçki rüşvəti qalmaqalı: “Güclü Ermənistan” partiyasının üzvləri saxlanılıb

Ermənistanda seçki rüşvəti verilməsi və alınması ilə bağlı açılmış cinayət işi çərçivəsində 5 nəfər saxlanılıb, onlardan 2-si barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Güclü Ermənistan” partiyasının Yerevanın Kanaker-Zeytun inzibati rayonundakı ofisində məsul vəzifələrə təyin olunan şəxslərin seçicilərə rüşvət verməsi ilə bağlı faktlar aşkarlanıb.

İstintaqın ilkin məlumatına əsasən, həmin şəxslər partiya tərəfdarları və onlarla əməkdaşlıq edən bir qrup şəxslə əvvəlcədən razılaşaraq seçicilərə pul və digər üstünlüklər vəd edib, həmçinin seçki rüşvəti paylayıblar.

Faktla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi açılıb. Hazırda iş üzrə bir neçə nəfər saxlanılıb, müxtəlif ünvanlarda axtarışlar aparılıb və digər prosessual tədbirlər davam etdirilir.

Hadisə Ermənistanda qarşıdan gələn siyasi proseslər fonunda ciddi rezonans doğurub. Hüquq-mühafizə orqanları araşdırmanın davam etdiyini və əlavə saxlanılanların ola biləcəyini istisna etmirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »