Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Nəsirli: “Ətin qiymətinə bazardakı tələb-təklif balansı da təsir edir”
Akif Nəsirli: “Ətin qiymətinə bazardakı tələb-təklif balansı da təsir edir”

"Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir".

Bizimyol.info xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır:

"Hazırda Azərbaycanda mal ətinə tələbatın 83.7%-i, qoyun ətinə tələbatın 94.2%-i, quş ətinə tələbatın isə 82%-i yerli istehsal hesabına ödənilir".

  • Ət qiymətlərinin sabit qalması üçün istehsalın artırılması kifayət edəcəkmi?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, təkcə istehsalın artırılması hər zaman kifayət etmir: “İstehsalın artırılması və maya dəyərinin azalması ət qiymətlərinin sabitləşməsinə müsbət təsir göstərə bilər. Ancaq qiymətlərə yem xərcləri, idxal, yanacaq, logistika və bazardakı tələb-təklif balansı da təsir edir. Buna görə təkcə istehsalın artırılması hər zaman kifayət etmir, lakin qiymət artımlarını məhdudlaşdıran əsas amillərdən biri hesab olunur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »