Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya deputatı: Merz Macarıstanı Ukraynanın Aİ-yə üzvlüyünə mane olmamağa məcbur edir
Almaniya deputatı: Merz Macarıstanı Ukraynanın Aİ-yə üzvlüyünə mane olmamağa məcbur edir

Almaniya kansleri Fridrix Merz Macarıstana təzyiq göstərir ki, ölkə Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasına əngəl olmağı dayandırsıb.

Bizimyol.info xəbər verir ki, bu fikri Almaniya Bundestaqının “Almaniya üçün Alternativ” (AfD) fraksiyasının xarici siyasət üzrə mütəxəssisi və müavini Markus Fronmayer öz "X" səhifəsində bildirib.

“Fridrix Merz Ukraynanın Aİ-yə üzvlüyü üçün Macarıstana təzyiq göstərir”, – deyə o bildirib. “AfD-nin xarici siyasət spikeri kimi mövqeyim aydındır: Ukraynanın Aİ-yə qoşulması Almaniyanın maraqlarına cavab vermir. Bu, almanlar üçün böyük maliyyə xərcləri və müharibə riski demək olardı”, – deyə Fronmayer əlavə edib.

O vurğulayıb ki, “AfD iştirak edən hökumət zamanı Ukraynanın Aİ-yə üzvlüyünə icazə verilməyəcək”.

Bundan əvvəl Avropa İttifaqı Şurasının Kipr sədrliyi "X" sosial şəbəkəsində Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarının rəsmi hazırlanmasına başlanıldığını açıqlamışdı.

Macarıstanın baş naziri Peter Madyar isə bildirib ki, Avropa İttifaqı ölkələri Brüsseldə daimi nümayəndələri səviyyəsində Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlanması qərarını qəbul ediblər, lakin bu danışıqlar yalnız Ukrayna Macarıstana qarşı öhdəliklərini yerinə yetirdiyi halda baş tutacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »