Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fon der Lyayen: Aİ-nin genişlənməsini ictimaiyyətə daha aktiv izah edilməlidir
Fon der Lyayen: Aİ-nin genişlənməsini ictimaiyyətə daha aktiv izah edilməlidir

Həm Avropa İttifaqı (Aİ) ölkələri, həm də üzvlük üçün namizəd ölkələr vətəndaşlara genişlənmənin faydalarını daha aktiv izah etməlidirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Monteneqrodakı Avropa İttifaqı – Qərbi Balkan sammitində bildirib.

“Namizəd ölkələr öz vətəndaşlarına Aİ-yə üzvlüyün bütün üstünlüklərini çatdırmalıdır. Eyni zamanda, Aİ ölkələri də genişlənmənin faydalarını — daha çox təhlükəsizlik, rifah və Avropanın qlobal təsirini — vətəndaşlara daha fəal şəkildə izah etməlidir”, — deyə fon der Lyayen vurğulayıb.

Komissiya sədri Qərbi Balkan ölkələrinə 500 milyon avrodan çox yeni maliyyə dəstəyi vəd edib və onların üzvlük prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin Almaniya, Fransa və Avropa Şurası tərəfindən irəli sürülən Aİ-yə yeni üzvlərin mərhələli qəbulunu sadələşdirmə təklifini “çox maraqlı” adlandırıb.

Sammit Qərbi Balkan ölkələrindəki artan gərginlik fonunda keçirilir. Region ölkələri 20 ildən çoxdur üzvlüyü gözləsələr də, Aİ-nin əsas diqqətini Ukraynanın qəbuluna yönəltməsi səbəbindən narazıdırlar. Uzun və ləngiməli üzvlük prosesi vətəndaşların narazılığına səbəb olub və bu fon der Lyayenin genişlənmə mesajını daha da aktuallaşdırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »