Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ildə Ukrayna və Rusiya arasındakı sülh sazişini pozub, amma bu gün sakitcə gəzib tədbirlərdə iştirak edir.
Bizimyol.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuashvili jurnalistlərə bildirib.
“Bu müharibənin başlamasından iki ay sonra, 2022-ci ilin aprelində İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin rəhbərləri tərəfindən sülh sazişi paraflanmışdı. Ukrayna nümayəndə heyətinə parlamentdəki hakim fraksiyanın sədri David Araxamiya rəhbərlik edirdi. O, Ukrayna üçün sazişin şərtlərinin qəbul edilə biləcəyini bildirmişdi. Nümayəndə heyəti Kiyevə qayıtdı, həmin vaxt Böyük Britaniyanın baş naziri də Ukraynaya gəldi və bu sazişi pozdu”, — deyə Papuashvili vurğulayıb.
Gürcüstan parlamentinin sədri əlavə edib ki, 2022-ci ildən sonra Ukrayna dörd ildir ki, müharibə aparır, amma Conson bu gün sakitcə “gəzib, konfranslarda iştirak edir və seminarlar keçirir”.
Bizimyol.info






