Alimlər süni intellektdən istifadə edərək universal vaksini hazırlayıblar ki, bu vaksin virus ailələrinin böyük hissəsinə və potensial gələcək pandemiyalara qarşı qoruma təmin edə bilər. Texnologiya, virusların sabit bölgələrinə qarşı immun cavab yaradan “superantigen” konsepsiyasına əsaslanır.
Bizimyol.info xəbər verir ki, "The Independent" tədqiqatçılar minlərlə virus ştamının genetik məlumatlarını analiz etmək üçün süni intellektdən istifadə ediblər. Maşın öyrənməsi alqoritmləri mutasiyalara məruz qalmayan stabil bölgələri müəyyən edib. Bu elementlər yeni vaksinin əsasını təşkil edir və immun sistemi hələ məlum olmayan virus variantlarını belə tanıya bilir.
Vaksinin hazırlanmasında Kembric Universiteti və "DIOSynVax" şirkətinin mütəxəssisləri iştirak ediblər. Onların "Sarbeco" adlı preparatı bütün koronavirus ailəsinin xüsusiyyətlərini birləşdirir və immuniteti potensial gələcək patogenlərə qarşı hazırlamağa imkan verir.
Professor Conatan Gini qeyd edib ki, müasir vaksinasiya yanaşması yenidən nəzərdən keçirilməlidir:
"Covid pandemiyası bizə göstərdi ki, vaksinləri sürətlə yarada bilirik, amma hələ də köhnə paradiqmadan istifadə edirik."
Vaksinin ilkin sınaq mərhələsində 18–50 yaş arası 49 könüllü iştirak edib. Tədqiqat preparatın təhlükəsizliyini və immun cavab yaratmaq qabiliyyətini təsdiqləyib. Həmçinin, yalnız "SARS-CoV-2"yə deyil, həm də yarasa virusları daxil olmaqla əlaqəli viruslara qarşı qoruma müşahidə olunub.
İkinci mərhələdə isə effektivliyi daha dəqiq müəyyən etmək üçün 200-dən çox iştirakçının qatılması planlaşdırılır.
Xüsusilə, vaksinin yeni tətbiq üsulu – yüksək təzyiqli mikrofluida şırnağı hazırlanıb. Bu metod dəridəki hüceyrələrə iynəsiz dərman çatdırmağa imkan verir, ağrını azaldır və qəbulu sürətləndirir.
Professor Sol Faust vurğulayıb ki, ənənəvi vaksinasiya sistemi virusların mutasiya sürətinə çatmır:
"Vaksinlərin tətbiqinə çatanda onlar bəzən uyğun gəlmir".
O bildirib ki, yeni texnologiya infeksiyaların profilaktikasına yanaşmanı dəyişə və sürətlə inkişaf edən viruslara qarşı insanlığa üstünlük verə bilər.
Bizimyol.info






