Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sümük sınıqlarını 5 dəqiqəyə birləşdirən unikal yapışan hazırlanır
Sınıqların müalicəsi 12 həftəyədək davam edə bilər. Əgər aşağı ətraflar xəsarət alıbsa, insan uzun müddət uzanıqlı vəziyyətdə qalmağa, yaxud qoltuqağacından istifadə etməyə məcbur olur. "The Daily Mail” yazır ki, İsveç alimləri sınığı cəmi 5 dəqiqəyə birləşdirən unikal yapışqan hazırlayıblar.

XəzərXəbər xəbər verir ki, uzun illərdir stomatoloqlar sınmış dişlərin yapışdırılmasını təcrübədən keçirirlər. Lakin mövcud olan yapışqanlar sümükləri birləşdirmək üçün yararlı olmayıb. Onlar gah çox gec donub, gah da immun sistemi tərəfindən qəbul edilməyib. Yeni yapışqan növü əvvəl istifadə olunandan 55 faiz effektlidir.

Yapışqan sümüyə bir neçə qat sürtülür və hətta nəm səthi də tez bir zamanda birləşdirə bilir. Siçovullar üzərində aparılmış bir neçə eksperiment yapışqanın effektiv və təhlükəsiz olduğunu təsdiq edib. Tədqiqatın müəllifləri ən yaxın zamanda insanların iştirakı ilə sınaqlara başlayacaqlarına ümid edirlər.

Son xəbərlər
Bütün xəbərlər »