Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda faciəvi şəkildə ölən gənclərdən birinin meyiti tapıldı
Bu gün Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə batan gənclərdən birinin meyiti tapılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində vəfat etmiş 20-22 yaşlı oğlanın meyiti bu dəqiqələrdə sudan çıxarılıb.

1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda həmin oğlanla birgə dənizdə batan gənc qadının meyiti axtarılır.

Qeyd edək ki, paytaxtda hava şəraiti nisbətən küləkli keçdiyindən dənizdə dalğalar var və bu, axtarış tədbirlərinə mənfi təsir edir. Gənclərin də dalğaların təsiri nəticəsində suyun dərin hissəsinə gedərək boğulduğu ehtimal edilir.

*****

Bu gün Xəzər dənizində 2 nəfər batıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
Son xəbərlər
Bütün xəbərlər »