Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni “iPhone” modellərinin adları məlum oldu

“Apple” şirkəti yeni “iPhone” modellərinin adlarını müəyyənləşdirib.

“Bizimyol.info” Technote-yə istinadən xəbər verir ki, ən sadə model sadəcə “iPhone” adlanacaq. Həmin model IPS ekran və 2 GB RAM ilə təchiz olunacaq.

Digər modellər isə “iPhone X2” və “iPhone X2 Plus” adlanacaqlar. Həmin modellər adi “iPhone X” modelinin davamçıları olacaqlar və xarici görünüşcə ona bənzəyəcəklər.

“iPhone X2 Plus” modeli üçlü arxa kameraya və beşqat optik zoom özəlliyinə sahib olacaq. Həmçinin ikili arxa kamera ilə təchiz olunacaq. Hər üç model yeni 8 nüvəli A12 prosessoru ilə təchiz olunacaq.

Qeyd edək ki, “Apple” öz smartfonlarının aldarında rəqəm limitini doldurub. Buna görə də cihazın adına “X” əlavə edib və bundan sonra hər il “X”in yanına rəqəm əlavə edə bilər. Sadə “iPhone” versiyasına gəldikdə isə şirkət onun adına hər dəfə yalnız təqdim olunduğu ili əlavə edəcək.

Son xəbərlər
Bütün xəbərlər »