Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metroda yubiley qatarları xəttə buraxıldı - VİDEO
Metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.

“Bakı Metropoliteni” QSC-dən Lent.az-a verilən məlumata görə, ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb.

Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib.

Ön hissələri dəyişdirilən əvvəlki qatarlardan fərqli olaraq, bu qatarın işıqlanması müasir işıqdiodlu sistemlə təchiz olunub. Buna görə də forması fərqli olan yeni projektorların daha güclü və gur işıqlanması var. Artıq marşrut monitoru tam elektron sistemlə işləyir. Bu isə qatarların marşrutunun avtomatik dəyişdirilməsinə xidmət göstərir.

Mövcud təlimat tələblərinə görə, 3 saylı cari təmirə dayandırılmış qatarlarda texniki tələblərə uyğun müvafiq yeniliklərlə yanaşı, qatarın elektrik sisteminin, vaqonların sərnişin salonunun plastikasının və oturacaqlarının tamamilə yenilənməsi, vaqonların korroziyadan tam təmizlənərək rənglənməsi, eləcə də müəyyən mümkün modernləşdirmə işləri aparılır. Lakin yaxın vaxtlarda qatarların əsaslı təmiri sahəsinin inşası başa çatdırılaraq, burada daha mürəkkəb işlərin, ən əsası, qatarların modernləşdirilməsinin həyata keçirilməsi mümkün olacaq.

Son xəbərlər
Bütün xəbərlər »