Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq müdafiə nazirinin müavini Ali Məhkəməyə üz tutdu
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmi müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov kassasiya şikayəti verib. Bizimyol.info xəbər verir ki, şikayət araşdırılması üçün Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrlik ediyi kollegiyanın icraaına verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. Eyni zamanda Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğ Mehman Səlimovdan tutulacaq.H ökmdən narazı qalan Mehman Səlimov apelyasiya şikayəti verib. O, nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb.

Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını da istəsə də, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2015-ci ilin noyabr ayında həbs olunub.

İttihama görə, 2006-cı ildən başlayaraq M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə ifadə verən M.Səlimov ittihamlarla razılaşmır, bildirir ki, Səfər Əbiyevin təklifi ilə həmin işlərlə bağlı müqavilə bağlasa da, ona işi başa çatdırmaq üçün yetərli pul verilməyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »