Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadı tərəfindən öldürülən kişinin hekayəsi: Atası danışır (Təfərrüatlar) - Video
Məmmədov Namiq Məhyəddin oğlunu Sumqayıt şəhərində keçmiş arvadı Məmmədova Xatirə Rəşid qızı tərəfindən qətlə yetirməsində təqsirləndirilir.

Namiq Məmmədovun hüquqi varisi, atası Məhyəddin Məmmədov oğlunu taleyi ilə bağlı “Bizim Yol”a danışıb.

İttiham aktına görə, 2016-ci ilin sentyabr ayının 7-dən 8-ə keçən gecə saat 01:30 radələrində Məmmədov Namiq Məhyəddin oğlunun Sumqayıt şəhərində bıçaqla xəsarət alaraq ölməsi faktına görə ibtidai istintaq Sumqayıt şəhər prokurorluğunda aparılıb. İş prokurorluğun böyük müstəntiqi Faiq Nadirova həvalə olunub.Təqsirləndirilən şəxs Xatirə Məmmədovanın Cinayət Məcəlləsinin 124.1-ci maddəsində (ehtiyatsızlıqdan adam öldürmə) nəzərdə tutuluş cinayət əməlinin törətməsi iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertizanın rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş.

Məhyəddin Məmmədov bildirib ki, oğlu Namiqlə gəlini Xatirə bir-birini sevib evləniblər: “Münasibətləri yaxşı olub, mehriban olublar. Təbii ki hər ailədə olduğu kimi söz-söhbətlər olub. Oğlum ali təhsilli olsa da, ixtisası üzrə işləmirdi. İnşaat sahəsində çalışırdı”.

M.Məmmədovun sözlərinə görə, hadisə nəvələrinin, yəni Namiqlə Xatirənin övladlarının gözü qarşısında baş verib: “Mən oğlumla gəlinin boşanmasından hadisə baş verəndən sonra xəbər tutmuşam. Onlar bir evdə mehriban yaşayırdılar”.

Keçmiş arvadı tərəfindən öldürüldüyü iddia edilən kişinin hekayəsini təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »