Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata, oğul və qızı narkotikə görə tutuldular: "Çox peşmanıq"
Ailə üzvləri iş başında tutuldular

ARB TV xəbər verir ki, Balakənin Gərəkli kənd sakinləri, 29 yaşlı Elvin Umayev, atası 55 yaşlı Əli Umayev və onun qızı 32 yaşlı Pirdas Umayeva şübhəli şəxs qismində saxlanılıb. Onlardan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.

Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib. Dünən isə Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədilə Qaxa gətirib. Çətənə kollarına qulluq edərkən polis əməkdaşları onları iş başında yaxalayıblar. Elvin Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Əli Umayev (saxlanılan şəxs): "Mən maşınla gətirmişdim, özü əkmişdi. Dünən də qızımı kömək üçün gətirmişdim, polislər tutdu bizi. Çox peşmanam".

Pirdas Umayeva (saxlanılan şəxs): "10-15 gün olar xəbərim olub. Çox peşmanam".

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »