Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçkün ailəsi öz hesabına qaz istəyir, icra hakimiyyəti vermir
Bərdə rayon İcra Hakimiyyəti məcburi köçkün olan Orucovlar ailəsinə öz hesablarına müvəqqəti məskunlaşdıqları mənzilə qaz xətti çəkməsinə icazə vermir. Bu barədə həmin ailənin “Bizim Yol”a etdiyi müraciət bildirilib.

Orucovlar Ağdamın Qiyaslı kəndinin sakinidir. Ermənistan Silahlı Qüvvələrinin Ağdamı işğal etdikdən sonra Bərdə rayonunda məskunlaşıblar. Bərdədə bir mərtəbəli köhnə çayxanaya binasında qalırlar. Həmin bina sovetlər dövründə kolxozda işləyən işçilərin yeməkxana və istirahət binası olub. 11 nəfərlik ailənin bu binada ən böyük sıxıntısı burada mavi yanacağın olmamasıdır. Əvvələr qazı olan binanın qaz borularının bir hissəsi hələ də yararlı vəziyyətdədir. Tavanı və döşəməsi beton olan binanı qışda isitmək o qədərdə asan olmur. Binaya qaz çəkilməsi ilə bağlı bir neçə dəfə yerli icra hakimiyyətinə və digər qurumlara müraciət etsələr də, səslərinə səs verən tapılmayıb.

Orucovlar ailəsinin müraciətində bildirilib: “Dövlətdən pensiya və ünvanlı dövlət sosial yardım olırıq. Dövlətdən aldığımız 800 manat məbləğin yarısından çoxunu qışda binanı isitmək üçün odun tədarükünə xərcləryirik. Qalan pulla isə 11 nəfərlik ailəni dolandırmaq müşkül məsələ olur. Xərclərdən bir dəfəlik qurtulmaq üçün binaya öz hesabımıza qaz xətti çəkdirmək istədik. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Xərclərin yarısını biz qarşılamaqla bunu edə biləcəklərini dedilər. Lakin yerli İcra hakimiyyəti buna icazə vermədi. Biz şikayət edəcəyik deyəndə “Get, hara istəyirsən şikayət et, gör nə olur” dedilər”.

Orucovlar ailəsi dəfələrlə Prezident Administrasiyasına və digər müvafiq dövlət qurumlarına məktub və telegramla müraciət edərək müvəqqəti məskunlaşdıqları binanın mavi qazla təmin olunmasını xahiş ediblər. Müraciətlərə isə bu günə kimi cavab verilməyib.

Elgün Qarayev

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »